YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda yaşa görə əmək pensiyası alanlar çoxluq təşkil edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aprelin 1-nə olan məlumatına görə, ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 303 min 252 nəfər təşkil edir. Onlardan 536 min 659 nəfəri kişi, qalanları qadınlardır.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bu kateqoriyadan olan insanların 781 min 576 nəfəri yaşa görə, 375 min 884 nəfəri əlilliyə görə, 145 min 792 nəfəri isə ailə başçısını itirdiyinə görə pensiya alır. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində cari ildə də müvafiq addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. Habelə dövlət başçısının müvafiq Sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılıb.

Beləliklə, məqsədyönlü tədbirlərin nəticəsi kimi respublikamızda əmək pensiyalarının orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb. Bu göstəricilər ölkə üzrə əmək haqlarının orta aylıq məbləğinə nisbətdə müvafiq olaraq 40,2 faiz və 44,6 faiz təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.

 

DİGƏR Xəbərlər Arxiv