YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Toplantısında iştirak edir

Mayın 2-də Almaniyanın Frankfurt şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 49-cu İllik Toplantısı öz işinə başlayıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mayın 5-dək davam edəcək toplantıda Azərbaycan Respublikasının maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

"Davamlı inkişaf naminə əməkdaşlıq" devizi altında keçirilən İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 3 min nəfərdən çox nümayəndə iştirakı edir.

İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifovun AİB-in prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vençay Janq, Divakar Gupta və digər rəsmilərlə keçirdiyi işgüzar görüşlərdə Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilən mövcud layihələrin əhəmiyyəti qeyd olunub, respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, enerji paylayıcı şəbəkələrin təkmilləşdirilməsi, habelə regionların su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icra vəziyyəti müzakirə olunub. Görüşlərdə, həmçinin "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində AİB-ın iştirakı ilə bağlı da fikir mübadiləsi aparılıb.

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.