Partiya xəbərləri
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “Multikultural dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda konfrans keçirilib
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/49164d45dd3f1fedfdc642d4cdc59a7b.jpg&w=360)
Mayın 3-də Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə “Multikultural dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda konfrans keçirilib.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva çıxış edərək qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. N.Əliyeva ötən konfransdan keçən dövrdə görülən işlərdən, Azərbaycan qadınının hüquqlarının qorunmasından, cəmiyyətdə yüksək mövqe tutmasından, gündən-günə artan fəallığından danışıb. O, qadınların milli maraqlar ətrafında sıx birləşməsində YAP-ın və partiyanın Qadınlar Şurasının rolunu xüsusi qeyd edib.