YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində iştirak etmişdir

İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə ATƏT-in 2011-2014-cü illərdəki fəaliyyətini əks etdirən fotostendə baxdı.

Stenddə Azərbaycanın qurumdakı fəaliyyətindən bəhs edən fotolar xüsusi yer almışdır.

Sonra ATƏT Parlament Assambleyasının iyirmi üçüncü sessiyasının plenar iclasının açılışı oldu.

ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç qurumun Bakıda keçirilən iyirmi üçüncü sessiyasının plenar iclasını açıq elan etdi. O, bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycana və şəxsən Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığını bildirdi.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev  qeyd etmişdir ki, Parlament Assambleyasının sessiyası Azərbaycanda ilk dəfədir ki, keçirilir: “Hazırkı tədbiri təşkil etmək fürsətini bizə yaratmış bütün insanlara təşəkkürümü bildirirəm. Bununla bizə ölkəmizi, nailiyyətlərimizi təqdim etmək, o cümlədən üzləşdiyimiz çağırışlar və qarşımızda qoyduğumuz planlar haqqında danışmaq imkanı yaradıldı”.

 

 

DİGƏR Xəbərlər Arxiv