YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Ölkəmiz insan hüquqlarının təminatına və demokratik təsisatlara böyük önəm verir

«Prezident İlham Əliyevin AŞPA-nın yay sessiyandakı çıxışı Azərbaycanın imicinin yaxşı mənada möhkəmlənməsinə səbəb olacaq. Prezidentimiz çıxışı zamanı həmçinin Ermənistanın işğalçı olduğunu da xüsusilə vurğuladı». Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə  deyib.

Ç.Qənizadə bildirib ki, dövlət başçısının çıxışı çoxsaylı ölkələrdən olan parlamentarilər tərəfindən yüksək qiymətləndirilib. Onun fikrincə, məhz bu səbəbdən də çıxış geniş auditoriya tərəfindən yüksək səviyyədə qarşılandı.

«Prezidentimiz  çıxışı ilə ölkəmizin demokratik təsisatlara, insan hüquqlarına verdiyi önəmi Avropaya bir daha sübut etdi»- deyə, deputat qeyd edib.