Xəbərlər
Oqtay Əsədov: ATƏT-in Parlament Assambleyasının yay sessiyasının Azərbaycanda keçirilməsi mühüm hadisədir

ATƏT-in Parlament Assambleyasının yay sessiyasının Azərbaycanda keçirilməsi mühüm hadisədir. Bu fikri Milli Məclisin sədri Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, bu mötəbər beynəlxalq toplantıya ev sahibliyi etmək ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ATƏT PA-nın yay sessiyasında iştirak etmək üçün 57 ölkədən yüzlərlə nümayəndə Bakı şəhərinə gəlib.
Spiker Azərbaycan deputatlarına bu nüfuzlu beynəlxalq parlament təşkilatının sessiyasının işində həmişəki kimi fəal olmağı arzulayıb.