YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dubay beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunub

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubayda beynəlxalq turizm sərgisinin açılışı olub.

Dünyanın inkişaf etmiş turizm ölkələrindən 500-dək şirkətin qatıldığı sərgidə Azərbaycan pavilyonuna xüsusi maraq göstərilib.

Budəfəki tədbirdə ölkəmizin yay turizmi potensialını əks etdirən iki mərtəbəli pavilyon təşkil olunub. Azərbaycanın səyahət üçün əlverişli bölgələrini, tarixi məkanlarını, müalicəvi xarakterli təbii resurslarını, yeni istifadəyə verilən müasir mehmanxanalarını, eyni zamanda paytaxt Bakıda iyununda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri yarışlarını əks etdirən sərgi ziyarətçilərinin marağına səbəb olub.

Sərgidə ingilis və ərəb dillərində ölkəmizin müasir turizm imkanlarını əks etdirən çap məhsulları paylanılıb foto və videoçarxlar nümayiş etdirilib.

“Arabian Travel Market” üçün xüsusi hazırlanan təqdimatında ölkəmizin Dubay Əmirliyindəki baş konsulluğunun rəsmiləri də iştirak edib.

Sərgi dörd gün davam edəcək.