YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Malta arasında əməkdaşlığın inkişafı üçün böyük imkanlar var

Aprelin 29-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizə rəsmi səfərə gəlmiş Malta Respublikasının xarici işlər naziri Corc Vella ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Malta ilə Azərbaycan arasında mövcud xoş münasibətlər fonunda səmərəli əməkdaşlığın dinamik şəkildə davam etdirilməsi üçün böyük imkanlar açıldığını qeyd edən tərəflər siyasi, iqtisadi, mədəni əməkdaşlığın perspektivi baxımından geniş müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, xüsusən enerji, sərmayə qoyuluşu, ticarət, turizm, mədəniyyət, infrastruktur və digər qeyri-neft sektorunda birgə əməkdaşlıq faydalı nəticələr verə bilər.

Maltanın xarici işlər naziri respublikamızın son illərdə artan beynəlxalq nüfuzundan məmnunluqla söz açıb. Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın da qatıldığı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini və onun yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdıran qonaq Malta dövlətinin beynəlxalq tədbirlərdə, o cümlədən Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq prosesinin inkişafında hər zaman Azərbaycanın yanında olduğunu, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.