YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Aprelin 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 17 noyabr, 18 noyabr, 23 noyabr və 2016-cı il 15 aprel, 16 aprel tarixli iclaslarının protokolları təsdiq edilib.

Sonra seçki fondları vəsaitlərinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədilə MSK-da nəzarət-təftiş xidməti yaradılıb və Komissiyanın üzvü nəzarət-təftiş xidmətinin rəhbəri təyin edilib.

İclasda MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində də dəyişiklik edilib.

Komissiyanın iclasında, həmçinin 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və həmin partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.