YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan müstəqil siyasət yürüdən ölkədir

"Preizdent İlham Əliyevin AŞPA-nın yay sessiyasında çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı haqlı olaraq öz Prezidenti ilə fəxr edir". Bu fikri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü iclasında deyib.

O.Əsədov bildirib ki, ölkə başçısının AŞPA-nın sessiya iclasında Azərbaycanda həyata keçirilən islahatlar, qarşıda duran problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dəyərli fikirlər səsləndirdi.

 «Çıxışdan sonra suallara cavab verən zaman da ölkə başçısı Azərbaycanı Avropaya lazımınca təqdim edə bildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq birliyin bərabər hüquqlu üzvü olduğunu, eləcə də beynəlxalq təşkilatlar qarşısında alnı açıq olduğunu nümayiş etdirib. Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan müstəqil siyasət yürüdən ölkədir. Odur ki, yüksək təqdimata görə, bütün millət vəkillərinin adından Prezident İlham Əliyevə təşəkkür edirik»- deyə, spiker vurğulayıb. 

 

DİGƏR Xəbərlər Arxiv