YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynqulu Bağırov: Azərbaycana qarşı bütün vasitələrlə total müharibə aparan işğalçı Ermənistan Sərsəng Su Anbarını və Araz çayını ekoloji terror alətinə çevirib

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələrinin sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcəyi barədə məlumat verib.

Hüseyn Bağırov bildirib ki, mənbəyi Ermənistan ərazisində olan çaylarda təmizləmə qurğuları tikilir: “Biz bilirik ki, onlar çaylara zəhərli maddələr axıdırlar. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində ekologiyaya ziyan vurur, meşələri qırır, qızıl mədənlərini istismar edirlər. Ermənistan xarici ölkələrə mebel, ağac satır. Hamı bilməlidir ki, həmin ağaclar işğal altındakı meşələrimizdən qırılır”.

Ermənilərin Sərsəng Su Anbarından ekoloji terror vasitəsi kimi istifadə etdiyini vurğulayan nazir deyib: “Sərsəng Su Anbarı sovet dövründə Azərbaycanın pulu hesabına tikilən və aşağı Qarabağ torpaqlarının suvarılması üçün yaradılan su anbarı idi. İndi baxın, həmin su anbarından ekoloji terror vasitəsi kimi istifadə olunur. İşğal altındakı torpaqlardan qaçqın düşmüş insanların məskunlaşdığı yerlərə qışda, payızda suyu açıb buraxır, onları sel-su altında qoyurlar. Əkin vaxtı su lazım olanda isə suyu kəsirlər.