YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin ilk üç ayında ölkədə 2045 müəssisə və təşkilat yaradılıb

Bu ilin yanvar-mart aylarında ölkədə 2045 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yeni müəssisə və təşkilatların 61,3 faizi Bakıda, 11,8 faizi Aran, 7,7 faizi Abşeron, 5,3 faizi Quba-Xaçmaz, 5,0 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, həmin dövr ərzində fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 26 min 437 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 44,6 faiz artıb.

Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.