YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fiorello Provera: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal geri qaytarmalıdır

“Azərbaycanın əyalətləri Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən işğal altına düşüb”.Bunu Azərbaycan Diplomatik Akademiyasında keçirilən tədbirdə Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin keçmiş vitse prezidenti Fiorello Provera bildirib.

Ermənistanı işğalçılıq siyasətinə görə qınayan F.Provera qeyd edib ki, bu münaqişə dərhal həll olunmalı, Azərbaycanın əraziləri geri qaytarılmalıdır. Senator bildirib ki, bu münaqişəyə baxmayaraq Azərbaycan güclü inkişaf yolu keçib ki, bu təqdirəlayiqdir: “Hesab edirəm bu, Azərbaycan üçün böyük imkanlar verir”.