YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abdullah Əhməd Osman: Azərbaycanın uğurları bizi çox sevindirir

Bu gün Azərbaycan beynəlxalq səviyyəli foruma ev sahibliyi edir. Biz İslam ölkəsi olaraq bu uğura çox sevinirik.

Bunu AZƏRTAC-a müsahibəsində Sudan Xarici İşlər Nazirliyinin rəsmisi Abdullah Əhməd Osman bildirib. BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumunun rəsmi açılış mərasimindən danışan müsahibimiz deyib: “Dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli rəsmi şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq qurumların təmsilçilərinin iştirak etdikləri rəsmi açılışda Azərbaycan Prezidenti İlham Əliyev dünyada hökm sürən önəmli məsələlərə toxundu. Əlbəttə, bu forum dünyanın diqqətini Azərbaycana yönəldir. Qlobal forum bu baxımdan da olduqca önəmlidir”.

Azərbaycanda ilk dəfə olduğunu bildirən qonaq ölkəmizin dünyada qonaqpərvər və tolerant ölkə kimi tanındığını vurğulayıb.