YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan və Fransanın bir sıra nazirlikləri arasında imzalanmış memorandumların təsdiq edilməsi haqqında Fərman imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və Fransanın bir sıra nazirlikləri arasında imzalanmış memorandumların təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Təsdiq olunmuş sənədlər arasında “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumu vardır.