YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Olqa Kuznetsova: Müasir dövrdə gənclər ictimai həyatın bütün sahələrinə daha çox cəlb olunmalıdır

Gənclər cəmiyyətin aparıcı qüvvələridir. Buna görə də onlar ictimai həyatın bütün sahələrinə daha çox cəlb olunmalıdır.

Bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Rusiya Federasiyasının Sibir Federal Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Olqa Kuznetsova AZƏRTAC-a müsahibəsində bildirib.

O.Kuznetsova qeyd edib ki, müxtəlif millətlərin nümayəndələri, xüsusilə gənclər bir-birləri ilə yaxından əlaqə qurmalı və digər mədəniyyətlərlə tanış olmalıdır.

Dünyanın müxtəlif ölkələrini təmsil edən ziyalıları, ekspertləri bir araya gətirən bu cür tədbirlərin əlaqələrin qurulmasında mühüm rol oynadığını vurğulayan O.Kuznetsova Forumda gənclərin təhsili ilə bağlı çıxış edəcəyini bildirib.