YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb

Aprelin 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin “Qadınlar Sülh Naminə” Proqramının rəhbəri Muna Rihani Əl-Nassir və Qananın “Texnologiya və Mühəndislikdə Yeni Liderlər” Təşkilatının nümayəndəsi Akrasi Dadzie ilə görüşüb.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumunun əhəmiyyəti qeyd edildi. Heydər Əliyev Fondunun dünyada həyata keçirdiyi layihələr barədə məlumat verildi, əməkdaşlığın perspektiv məsələləri müzakirə olundu.