YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyeva: Bizim şüarımız “bir söz, bir gələcək”dir

2011-ci ildə IDEA - ətraf mühitin qorunması naminə beynəlxalq kampaniya başlayıb. Əsas məqsədimiz enerji və biliklərimizi güclü alətə çevirərək ətraf mühit məsələsini həll etməyə çalışmaqdır. Biz gələcək nəsillər üçün yaşıl, təhlükəsiz və təminatlı cəmiyyət yaratmağa çalışırıq. Bizim şüarımız “bir söz, bir gələcək”dir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunda çıxışında IDEA-nın məramı barədə ətraflı məlumat verib.

Leyla Əliyeva deyib ki, planetin mühafizəsində gənclər daha mütəşəkkil qaydada, könüllü olaraq kütləvi şəkildə təbiətə sevgi və məhəbbətlərini göstərmək üçün səylə çalışırlar. Son beş ildə IDEA kampaniyası çərçivəsində beş milyondan çox ağac əkilib. Hazırda yerli icmalarla birgə ağacların kəsilməsinin qarşısının alınması üçün məlumatlandırma işi aparılır, digər tədbirlər görülür. Müxtəlif sənət sahələrindən tanınmış şəxslər bu prosesə cəlb edilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulur.