YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akim Bədəlov: Azərbaycanda külək və günəş enerjisindən istifadə üçün əlverişli imkanlar var

«Azərbaycanda ənənəvi enerji mənbələri ilə yanaşı, sərfəli və ətraf mühitə xələl gətirməyən alternativ enerji mənbələri də daim diqqətdə saxlanılır». Bu fikri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin  sədri Akim Bədəlov deyib.

A.Bədəlov bildirib ki, alternativ və bərpa olunan enerji sahəsində Azərbaycanda həyata keçirilən dövlət proqramları böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu yöndə reallaşdırılan layihələrin perspektivləri böyükdür.

«Bu sahənin inkişafında bir neçə amilə xüsusi diqqət yetirilməlidir. Birinci amil enerji mənbələrinin özlərinin mövcudluğudur. Bundan başqa, iqtisadi vəziyyət ona imkan verməlidir ki, həmin sahə inkişaf etsin. Azərbaycanda külək və günəş enerjisindən istifadə üçün əlverişli imkanlar var»- deyə, A.Bədəlov vurğulayıb.