YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Mehbalıyev: Bu gün AHİK ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır

«Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır. Bizim nümayəndələrimiz Azərbaycanın sosial-iqtisadi və ictimai inkişafını formalaşdıran müxtəlif dövlət və ictimai qurumlarının tərkibinə daxildir». Bu fikirləri AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, hazırda sosial tərəfdaşlıq sisteminin rolu artmaqdadır. Onun sözlərinə görə, bu tərəfdaşlıq çərçivəsində müəyyən problemlərin səbəb və miqyasını obyektiv təhlil etmək lazımdır.

«Hər bir həmkarlar ittifaqı təşkilatı işəgötürənlərlə birlikdə mövcud resursları hərtərəfli ölçüb-biçməli, ardıcıl iqtisadi inkişafa nail olmaq üçün həmin resurslardan səmərəli istifadə etməlidir. Bəzən işəgötürənlər biznes strategiyasındakı çatışmazlıqlarını işçilərin çiyinlərinə yükləməyə, onların əməkhaqlarını, sosial təminatlarını aşağı salmağa çalışırlar. Bu günlərdə 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş imzalandı. Hesab edirik ki, sosial tərəfdaşlar Sazişin şərtlərini yerinə yetirərkən ölkənin əmək qanunvericiliyinin tələblərinin işəgötürənlər tərəfindən yerinə yetirilməsinə nəzarəti daha da gücləndirəcəklər»- deyə, S.Mehbalıyev vurğulayıb.