YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzi Antalya sərgisində Azərbaycanın inkişafını nümayiş etdirir

Heydər Əliyev Mərkəzi Antalya sərgisində Azərbaycanın inkişafını nümayiş etdirmək baxımından daha bir möhtəşəm uğur qazanıb.

Bu fikri kənd təsərrüfatı naziri Heydər Əsədov AZƏRTAC-a müsahibəsində deyib. Antalyadakı sərgidə Azərbaycan milli pavilyonunun qurulmasını yüksək dəyərləndirən nazir bildirib ki, bu mötəbər sərgidə iştirak etmək bir sıra cəhətləri ilə xüsusi əhəmiyyətə malikdir. Əvvala, Azərbaycan altı ay davam edəcək sərgidə 53 ölkə və bir çox nüfuzlu beynəlxalq təşkilatlarla bir sırada dayanır. Digər tərəfdən, ölkəmiz məhz qardaş Türkiyədə keçirilən sərgidə özünün çoxsaxəli yaradıcılıq, quruculuq imkanları ilə yanaşı, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsini də nümayiş etdirir.

“Azərbaycanın milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyətinə dair nümunələr, bu sahədə əldə edilən yeniliklər sərgilənir”, - deyən nazir əminliklə qeyd edib ki, Azərbaycan bölməsi həm ziyarətçilər, həm də iştirakçı tərəflər üçün cəlbedici olacaq. Bu sərgi Azərbaycanın biomüxtəlifliyinin tanıdılması, o cümlədən ayrı-ayrı ölkələrin faunasının öyərənilməsi baxımından da çox əhəmiyyətlidir.

 

DİGƏR Xəbərlər Arxiv