YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Azərbaycanla Türkiyə erməni yalanlarına qarşı beynəlxalq müstəvidə birgə mübarizə aparır və bu mübarizə müsbət nəticələr verməkdədir

«Hər il aprelin 24-ü ərəfəsində dünyada erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma "erməni soyqırımı"na inandırmaq üçün yeni cəhdlər edilir, bu məqsədlə müxtəlif yollara istinad olunur. Ermənipərəst mövqedən çıxış edən, yaxud "erməni məsələsi"ndən siyasi maraqları naminə istifadə etməyə çalışan bəzi beynəlxalq siyasi dairələr də bu qondarma iddiaları dəstəkləyirlər». Bu fikirləri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, saxta "erməni soyqırımı" iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan dövlətlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Onun fikrincə, bu məsələyə müxtəlif dövlətlərin qanunverici orqanları tərəfindən iddiaların tarixi-faktoloji əsaslarının araşdırılmadan siyasi qiymətin verilməsi tamamilə qərəzli mahiyyət daşıyır.

«Çünki məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır. Ümumiyyətlə, ermənilər tarix boyunca özgə millətlərə, xüsusilə də türklərə qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına özlərinin paronoid təxəyyüllərinə əsaslanan "Böyük Ermənistan" arzularını gerçəkləşdirməyə çalışıblar. Bu məkrli məqsədləri üçün də minlərlə türkün, azərbanlının qanını töküblər. 1918-ci ilin mart soyqırımı, eləcə Xocalı qətliamı buna sübutdur. Azərbaycanla Türkiyə erməni yalanlarına qarşı beynəlxalq müstəvidə birgə mübarizə aparır və bu mübarizə müsbət nəticələr verməkdədir»- deyə, F.İbrahimli vurğulayıb.