YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycan son illər çox mötəbər beynəlxaq tədbirlərə ev sahibliyi edir

«Azərbaycan son illər  çox mötəbər beynəlxaq tədbirlərə ev sahibliyi edir». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunun ölkəmizdə  keçirilməsi region, ümumilikdə dünya üçün önəmlidir. Onun sözlərinə görə, Azərbaycan dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır.

«Məlum olduğu kimi 7-ci  Qlobal Forumda dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nüfuzlu beynəlxalq qurumların rəhbərləri və digər tanınmış şəxslər iştirak edəcəklər. Bu, ölkəmizdəki tolerant mühitin, Azərbaycanın uğurlarının dünyada təbliğ olunması baxımından da geniş imkandır. Diqqətəlayiq haldır ki, tədbirdə gənclərlə bağlı ayrıca panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Bu tədbir vasitəsilə də dövlətimizin gənclər siyasətinin uğurlarını dünya ölkələrinin təmsilçilərinin diqqətinə çatdırmaq üçün geniş imkan olacaq»- deyə, Ş.İsmayılov qeyd edib.