YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Buk Fakrell: “Cənub Qaz Dəhlizi” strateji layihədir

“Cənub Qaz Dəhlizi” strateji layihədir. Bu baxımdan Trans-Anadolu qaz boru kəməri (TANAP) Türkiyənin enerji mərkəzi olmasında mühüm rol oynayacaq.

Bu sözləri “BP Türkiye”nin idarə heyətinin üzvü Buk Fakrell deyib. O bildirib ki, dünyada enerjiyə olan tələbat qarşıdakı 20 ildə təxminən 34 faiz artacaq. BP hazırda dünyadakı enerji layihələrinə sərmayə qoyuluşunu davam etdirir.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.