YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Layihə dövlətin elm sahəsində həyata keçirdiyi siyasətə cavab verir

«“Elm haqqında” qanun layihəsinin parlamentdə birinci oxunuşda müzakirəsindən sonra müəyyən təkmilləşdirmə işləri aparılıb, sənədə bir sıra yeni müddəalar, həmçinin innovasiya və sahibkarlıq fəaliyyəti, multikulturalizm, tolerantlıqla bağlı yeni maddələr salınıb». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, layihədə dövlətin elmi-texniki fəaliyyət sahəsində sərmayə, o cümlədən xarici investorların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada güzəştlərin verilməsi təklif olunur. Onun sözlərinə görə, elmin inkişafı üçün zəruri avadanlıqların güzəştli şərtlərlə respublikaya gətirilməsi kimi məsələlər təklif edilir.

«Bütövlükdə qeyd edə bilərəm ki, layihə dövlətin elm sahəsində həyata keçirdiyi siyasətə, ölkədə və dünyada cərəyan edən elmi proseslərə cavab verir. Yəni burada əks olunan təkliflər elmin inkişafı istiqamətində qarşıya qoyulan strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir»- deyə, K.Əliyeva qeyd edib.