YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Bu ilin ilk rübündə əldə olunmuş iqtisadi göstəricilər Azərbaycanın inkişaf yolunda olduğunu deməyə əsas verir

«Dünyada hökm sürən maliyyə böhranının fonunda, ölkəmizdə bir sıra sahələr üzrə bu ilin ilk rübündə əldə olunmuş iqtisadi göstəricilər bir daha onu deməyə əsas verir ki, Azərbaycan yüksək inkişaf yolundadır. Cənubi Qafqaz regionunun əsas iqtisadi aktoru sayılan ölkəmiz istər neft, istərsə də qeyri-neft sektoru üzrə mühüm uğurlara imza atıb. İnanırıq ki, bu inkişaf tendensiyası davamlı olacaq. Möhtərəm Prezidentimiz İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını bildirməklə qarşıda mühüm vəzifələrin durduğunu da vurğuladı. Son dövrlərdə biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması, ən əsası isə sahibkarların və xüsusilə kənd təsəfrrüfatı sahəsində çalışan sahibkarların fəaliyyəti üçün ümühüm stimullaşdırıcı addımların atılması, Fərman və sərəncamların imzalanması yaxın zamanda öz nəticələrni ortaya qoymuş olacaq». Bu fikirləri Milil Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov bildirib.

Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına həmr olunmuş Dövlət proqramlarının uğurlu icrası, eləcə də ölkə Prezidentinin xüsusi diqqət və qayğısı bölgələrimizin mühüm inkişaf yoluna qədəm qoymasına şərait yaradıb: «Cari ilin birinci rübündə Azərbaycanda kənd təsərrüfatının istehsalının 2,7 faiz artması böyük uğur sayılmalıdır. Bu gün öz ərzaq təhlükəsizliyinin təminatı yönündə əməli fəaliyyət nümayiş etdirən, qanunvericiliyin təkmilləşdirilməsinə nail olan dövlətimiz vaxtilə məşhur olan, sonradan isə sıradan çıxan bir sıra sahələrin yenidən dirçəlişinə nail olur. Bu istiqamətdə pambıqçılıq, üzümçülük sektoru adaha çox canlanmaya qədəm qoyur. İnanıram ki, yaxın zamanlarda Azərbaycan artıq dünya bazarlarında öz məhsulları ilə daha da çox tanınacaq».

DİGƏR Xəbərlər Arxiv