YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Qeyri-neft sektorunda artım ölkəmizin ümumi inkişaf tempinə müsbət təsir göstərir

«Bu gün dünya iqtisadiyyatında baş verən hadisələr, eləcə də ilin birinci rübü ərzində dünyada neftin qiymətinin kəskin şəkildə azalması fonunda ölkə iqtisadiyyatının hazırki durumu normaldır. Qeyri-neft sektorundakı irəliləyiş bir daha ölkə iqtisadiyyatının yeni dövrə qədəm qoymasından xəbər verir. İlin birinci rübündə qeyri-neft sənayesinin 5 faizdən çox artması Azərbaycan dövlətinin, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü iqtisadi siyasətinin nəticəsidir. Nazirlər Kabinetinin 2016-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda səslənən fikirlər bunu sübut edir». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı ölkəmizin ümumi inkişaf tempinə olduqca müsbət təsir göstərir. Onun sözlərinə görə, Azərbaycan artıq tək zəngin neft ölkəsi kimi deyil, həm də turizmin, o cümlədən, başqa sahələrin yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi tanınır.

 «Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda 37 min yeni iş yerləri açılıb ki, bunun da mühüm hissəsi daimi iş yerləridir. Həqiqətən də bu böyük göstəricidir və xüsusi olaraq vurğulamaq lazımdır ki, bu, son dövrlərdə aparılan islahatların, görülən işlərin məntiqi nəticəsi sayılmalıdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Bu gün ölkəmizdə bütün sahələr paralel olaraq inkişaf etdirilir. Sahibkarlığın inkişafına verilən dəstək artıq öz nəticəsini verməkdədir. Vətəndaşların sosial müdafiəsi olduqca yüksək səviyyədə təmin edilir. Əldə edilən nəticələr dövlətimizin düzgün və vətəndaşların sosial rifahına yönəlmiş siyasi kurs yürütməsinin ortaya qoyduğu nəticələrdir. Ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr isə gələcəkdə bu göstəricilərin daha da yüsəldilməsinə imkan verəcək. İnanıram ki, ölkəmiz yaxın gələcəkdə daha yüksək iqtisadi-sosial göstəricilərə də imza atacaq»-deyə, T.Rzayev vurğulayıb.