Xəbərlər
Milli Məclisin iclasında bir sıra qanunlara dəyişikliklər edilib

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Öncə iclasda ikinci səsvermədə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu qəbul olunub, sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvləri və əvəzedici üzvləri seçilib.
İclasda Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı da dinlənilib.
Millət vəkilləri, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildiriblər.
Bundan başqa, iclasda "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Psixiatriya yardımı haqqında" qanunlarda , İnzibati Xətalar, Mülki Prosessual məcəllələrdə dəyişiklik edilməsi barədə qanun layihələri qəbul edilib.