YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilib

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı müzakirə edilib. 2015-ci il üzrə hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.

V.Gülməmmədov  ötən il ərzində bir sıra qurumlarda yol verilən maliyyə pozuntularından danışıb. Palata sədri deputatlara təklif olunan hesabatda 98 təklif və 15 tövsiyənin öz əksini tapdığını bildirib.

Hesabatda qeyd olunur ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna ziddi hallar aşkarlanıb. Belə ki, 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95%-i olmaqla 8 satınalma müqaviləsi bağlanıb. Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 %-i birbaşa müqavilələrin bağlanması ilə icra edilib. Qurumda dövlət satınalamalarını tənzimləyən normativ hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i satınalma proseduru tətbiq edilmədən xərclənib. Audit sübutları ilə “Azərenerji” ASC tərəfindən 2013-2014-cü illər üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. ASC tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisya təkliflərinin tərtib edilmədiyi aşkarlanıb. İki obyektin layihə-smeta sənədlərinin hazırlanması xərcləri podrat müqaviləsinə daxil edilib, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə artıq vəsait ödənilməsi hesabına debitor borcun formalaşmasına, bununla yanaşı üç layihə üzrə kreditor borcun yaranmasına yol verilib. Palataya təqdim edilmiş məlumata görə,” Azərenerji” ASC tərəfindən 29,7 min manat dövlət büdcəsinə bərpa edilib, 35658,4 min məbləğində debitor borc üzrə işlər podratçı tərəfindən icra edilib.

Hesabatda digər qurumlarda aparılan yoxlamalar və nəticələri barəsində də məlumatlar verilib.

Müzakirələrdən sonra hesabat qəbul olunub.