YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Əsas məqsədlərimizdən biri ailə institutunun möhkəmləndirilməsi, ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsidir

«Əsas məqsədlərimizdən biri  ailə institutunun möhkəmləndirilməsi, reproduktiv sağlamlığın qorunması, ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsidir. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən “Azərbaycan ailəsi Strategiyası” hazırlanır və sənəd üzərində iş yekunlaşmaq üzrədir». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, bizim uğurlu ailələrimizlə yanaşı, problemli ailələrimiz də var. Onun sözlərinə görə, yanlış stereotiplər, qeyri-səmimi münasibətlər bir çox hallarda ailələrdə məişət zorakılığına, erkən nikahlara, uşaqların küçələrdə yaşamasına, intiharlara və digər mənfi halların yaranmasına səbəb olur.

«Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir sıra öhdəlikləri var. Lakin insanlar özləri də bunu dərk etməlidirlər ki, valideyn olaraq övladları üçün hansı gələcəyi qururlar. Komitə tərəfindən Milli Məclisə cinslər arasında nikah yaşının bərabərləşdirilməsi, nikaha daxil olan şəxslərin öz səhhəti barədə bir-birini məlumatlandırması, övladlığa götürmədən imtina ilə bağlı bəzi məsələlərin dəqiq tənzimlənməsi və nikah müqaviləsinin tətbiqinə dair təkliflər paketi ilə müraciət olunub. Boşanmadan sonra qadınlar və uşaqlar bir sıra problemlər yaşayırlar. Bununla bağlı ekspertlər ailə qanunvericiliyinin ekspertizasını aparıb və bir sıra təkliflər hazırlayıblar»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.