YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilir

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.

Sammit “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

“Ədalət və sülh üçün birlik və əməkdaşlıq” devizi ilə keçirilən Zirvə toplantısında Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şukrinin hesabat məruzəsi dinlənildi.

Sonra Sammitdə İslam Əməkdaşlıq Təşkilatına sədrlik Misirdən Türkiyəyə keçdi.

Zirvə toplantısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə işini davam etdirir.

 

DİGƏR Xəbərlər Arxiv