YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, müzakirələr aprelin 12-də Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Askar Mamın arasında ikitərəfli görüş zamanı aparılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, “ADY ekspess” MMC-nin , “KTZ Express” SC, “Trans Kavkasus Terminals” MMC və “ACSC Logistics” MMC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılması və Azərbaycan dəmir yolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri müzakirə olunub.

“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Askar Mamın Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında danışıb.