YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda elmi-praktik seminar keçirilib

Aprelin 12-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti elmi-praktik seminar keçirilib.

“Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda təşkil olunan seminarda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ümummilli liderin irsinin öyrənilməsi baxımından Mərkəzdə mütəmadi olaraq müxtəlif istiqamətlərdə seminarların keçirildiyini bildirib.

Qeyd olunub ki, bu seminarların təşkilinin məqsədi ümummilli lider Heydər Əliyevin irsini müxtəlif istiqamətlərdə araşdırıb öyrənməkdir.

A.Ələkbərov Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasınin sədri Fəttah Heydərovun ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çalışdığını, Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Muxtar Respublikasinin mədəniyyət naziri olduğunu xatırladıb. Mərkəzin direktoru elmi-praktik seminarda iştirakına, dəyərli məlumat verdiyinə və xatirələrini bölüşdüyünə görə F.Heydərova təşəkkürünü bildirib.

Daha sonra F.Heydərov məruzə ilə çıxış edib. O, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində oynadığı mühüm roldan, misilsiz xidmətlərindən, milli xilaskarlıq missiyasından söz açıb.