YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Səhiyyənin inkişafı ilə əlaqədar güclü hüquqi baza formalaşıb

«Azərbaycanda səhiyyənin inkişafı daim dövlətin diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, bu sahədə aparılan islahatlar ciddi nəticələr verməkdədir. Onun sözlərinə görə, bütün bölgələrdə müasir standartlara cavab verən tibb ocaqları tikilib istifadəyə verilir.

«Eyni zamanda, bu sahədə kadr potensialı da kifayət qədər güclüdür. Tibb sahəsində təhsil alan gənclərimiz peşəkar mütəxəssis kimi yetişirlər. Bütün bunlar ölkəmizdə yüksək standartlara cavab verən səhiyyə sisteminin qurulduğunu deməyə əsas verir.  Bununla yanaşı səhiyyənin inkişafı ilə əlaqədar güclü hüquqi baza formalaşıb.  Bu istiqamətdə işlər davam edir»- deyə, komitə sədri vurğulayıb.