YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Şəhidlərimizin qısası düşməndən alınacaq, torpaqlarımız tezliklə işğaldan azad olunacaq

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda “Mi-24” helikopterinin vurulması zamanı şəhid olan pilotlar - mayor Urfan Vəlizadənin, mayor Təbriz Musazadənin, baş leytenant Bəkir İsmayılovun, eləcə də polkovnik-leytenant Murad Mirzəyevin aprelin 11-də Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, o cümlədən müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, baş prokurorun müavini-respublika hərbi prokuroru Xanlar Vəliyev, Milli Məclisin deputatları, şəhidlərin ailə üzvləri, hərbçilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və valideynlərinə başsağlığı verib.

Müdafiə naziri Zakir Həsənov mərasimdə çıxış edərək şəhidlərimizin qısasının düşməndən alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildirib.

Şəhidlərin dördü də II Fəxri xiyabanda dəfn edildi.

 

DİGƏR Xəbərlər Arxiv