YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Perunun “El Peruano” qəzetində “Azərbaycana qarşı təcavüz” adlı məqalə dərc edilib

Perunun aparıcı “El Peruano“ qəzetində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrə dair “Azərbaycana qarşı təcavüz” adlı məqalə dərc edilib.

Azərbaycanın Meksikadakı səfirliyinin Lima şəhərindəki ofisindən verilən məlumata görə, məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən aprelin 2-nə keçən gecə atəşkəs rejiminin pozulmasından və qoşunların təmas xəttində yaranmış gərginlikdən bəhs olunur. Ermənistanın bu hərəkətinə cavab olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qorunması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin lazımi tədbirlər gördüyü qeyd edilib. Atəşkəsin pozulması ilə vəziyyətin gərginləşməsi nəticəsində əsgərlərin və mülki şəxslərin həlak olduğu, fərdi mülkiyyətə xeyli ziyan dəydiyi diqqətə çatdırılıb.

Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının beynəlxalq sənədlərlə təsbit edildiyi qeyd olunan məqalədə münaqişənin həlli üçün başlıca prinsiplərin əksini tapdığı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri, həmçinin BMT Baş Assambleyasının müvafiq qərarı xatırladılır.

Məqalədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalının problemin həllinə kömək etmədiyi, işğala son qoyulmasının regiondakı ölkələrə və xalqlara əməkdaşlıq perspektivlərindən və iqtisadi inkişafdan faydalanmaq imkanı verəcəyi bildirilir.