YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Aprelin 12-dən 14-dək Londonda 60-dan çox ölkənin və 1000-dən çox təşkilatın iştirakı ilə növbəti beynəlxalq kitab sərgisi keçiriləcək.

Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin və yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.

Nazirlikdən bildirilib ki, sərgidə iştirak etməkdə məqsəd zəngin milli mədəniyyətimizin, ölkəmizin turizm imkanlarının, Qarabağla bağlı həqiqətlərin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, təcrübə mübadiləsi və əməkdaşlığın yaradılmasıdır.

Ölkəmiz Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən mütəmadi olaraq bu beynəlxalq sərgidə təmsil olunur.