YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyi: Kənd təsərrüfatı məhsullarının ənənəvi bazarlara ixracının daha da artırılması üçün kompleks tədbirlər görülür

«Kənd təsərrüfatı məhsullarının ənənəvi bazarlara ixracının daha da artırılması və yeni bazarlara çıxışın təmin edilməsi üçün kompleks tədbirlər görülür». Bu fikri Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə deyib.

F.Fikrətzadə bildirib ki, həm ölkə daxilində, həm də ixrac bazarlarında dövlət dəstəyi və özəl sektorun investisiyaları hesabına logistik mərkəzlər yaradılır. Onun sözlərinə görə, Qazaxıstanda müasir logistik baza tikilib, Rusiyada və digər ixrac bazarlarında da belə logistik mərkəzlərin qurulması üçün müvafiq işlərə başlanılıb.

«Ölkənin müxtəlif regionlarında soyuducu anbarların tikilməsi və aqroparkların salınması kənd təsərrüfatı məhsullarının böyük həcmdə tədarükü və ixrac olunması üçün əlavə imkanlar yaradır. Bunlarla yanaşı, hazırda kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət və məhsulların sertifikatlaşdırılması prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün kompleks tədbirlər görülür. Bu məqsədlə həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının keyfiyyətinə nəzarət üzrə müasir laboratoriyalar qurulur. Laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi üçün müvafiq proseduralara başlanılıb. Bu tədbirlər Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının keyfiyyət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması və yeni bazarlara çıxış üçün əlverişli şərtlər təmin edəcək»- deyə, F.Fikrətzadə qeyd edib.