YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ konqresmeni Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Nyu-Cersi ştatından seçilmiş konqresmen Donald Peyn aprelin 8-də Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını tənqid edən bəyanatla çıxış edib.

Konqresmen D.Peyn bəyanatında Azərbaycanın birtərəfli qaydada atəşkəs təklifi irəli sürməsini alqışladığını bildirib. O, buna baxmayaraq, Azərbaycan tərəfinin bu təklifindən sonra Ermənistanın hərbi əməliyyatlarını daha bir gün davam etdirdiyini vurğulayıb.

Bəyanatda, həmçinin atəşkəs rejiminə riayət etməsi və yenidən hərbi təcavüzə əl atmaması ilə bağlı Ermənistana çağırış əks olunub.

Sonda konqresmen faciələrə səbəb olan bu münaqişənin birdəfəlik həll edilməsinin zamanının çoxdan yetişdiyini, Ermənistan bütün hərbi birləşmələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmasının vacibliyini qeyd edib.