YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Ermənistan işğalı uzatmağa və mövcud status-kvonu davam etdirməyə çalışıb

«Ermənistan heç zaman danışıqlar prosesində səmimi olmayıb. Azərbaycan isə Dağlıq Qarabağ münaqişəsini daim sülh, danışıqlar yolu ilə həll etmək istəyib». Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Ermənistan işğalı uzatmağa və mövcud status-kvonu davam etdirməyə çalışıb. Onun sözlərinə görə, bu azmış kimi, işğalçı-terrorçu ölkənin qoşun hissələri təmas xəttində yerləşən azərbaycanlı yaşayış məntəqələrini daim atəşə tutub. Azərbaycan isə yalnız cavab verməyə məcbur olub.

«Son vaxtlar işğalçı ölkənin təxribatlarının artması bir sıra səbəblərlə bağlıdır. Birincisi, Ermənistanı ağır böhrana düşürən və ondan çıxarmağı bacarmadığını görən Serj Sarkiyanın cinayətkar-korrupsioner rejimi ermənilərin diqqətini ölkədəki real vəziyyətdən yayındırmağa, Azərbaycanın timsalında düşmən obrazı yaratmağa və öz hakimiyyətinin ömrünü süngü üzərində oturmaqla uzatmağa çalışır. İkincisi, atəşkəsin Ermənistan tərəfindən son vaxtlar mütəmadi olaraq pozulması Prezident İlham Əliyevin ABŞ-a səfərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda keçirilən görüşlərdəki uğurlu nəticələri, ölkəmizin ədalətli mövqeyinin - ərazi bütövlüyünün və suverenliyinin müdafiə olunmasına dair bəyanatların verilməsi ilə, Serj Sarkisyanın isə Vaşınqtonda adam yerinə qoyulmamasından doğan hisslərlə bağlıdır. Təxribatları törətməklə Ermənistan rəhbərliyi hesab edirdi ki, bəlkə bu dəfə Azərbaycan cavab vermədi. Lakin yanıldılar. Azərbaycan ordusu düşmənə nəinki layiq olduğu cavabı verdi, eyni zamanda işğal edilmiş bir sıra əraziləri, strateji yüksəklikləri azad edərək, düşmənin başını əzdi. Bu, bir daha onu göstərdi ki, Azərbaycan ordusu Ermənistan Ordusundan qat-qat güclüdür və istənilən tapşırığı yerinə yetirməyə hazırdır»- deyə, M.Quliyev qeyd edib.