YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Frank-Valter Ştaynmayer: Kim status-kvonu saxlamağa çalışırsa, vəziyyətin gərginləşməsi riskinə gedir

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşü və Dağlıq Qarabağ regionunda əldə edilmiş atəşkəslə bağlı fikirlərini mətbuatla bölüşüb. O deyib: “Hazırda vəziyyət çox kövrəkdir. Ona görə də mənim erməni tərəfinə verdiyim ismarış bu idi: kim bütün cəhdlərini hazırkı status-kvonu saxlamağa yönəldirsə, o da qeyri-müntəzəm zaman intervalında güc tətbiqi ilə vəziyyətin gərginləşməsi riskinə gedir”.

ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, hazırda əsas səylərin yönəlmiş olduğu zəncirvarı hədəflərə nail olmaq lazımdır. İlk növbədə, güc tətbiqindən imtinaya nail olunmalı, sonra sabitləşdirici və ya etimadyaradıcı tədbirlərlə müşayiət olunan prosesə başlanmalı və bununla da yaxın gələcəkdə Minsk qrupu çərçivəsində bu regionun gələcək statusu ilə bağlı danışıqlara start veriləcək mərhələ hazırlanmalıdır.