YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstanın parlament partiyası Qarabağın işğaldan azad olunmasını tələb edib

Macarıstanın qanunverici orqanında təmsil edilmiş ikinci ən böyük fraksiya olan “Daha yaxşı Macarıstan uğrunda” partiyası aprelin 6-da bəyanat yayaraq Qarabağda Azərbaycan ordusu ilə işğalçı erməni silahlı qüvvələrinin təmas xəttində vəziyyətin kəskinləşməsinə görə narahatlığını bildirib.

Görkəmli partiya xadimi, Macarıstan Parlamentinin xarici siyasət komitəsi sədrinin mavini, AŞPA üzvü Marton Döndöşi tərəfindən hazırlanmış sənəddə deyilir: “Ermənistan ilə Azərbaycan arasında münaqişə Ermənistanın beynəlxalq hüquq normalarını pozmaqla Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etməsindən sonra başlanıb. Yüz minlərlə azərbaycanlı qaçqın düşərgələrində sığınacaq tapıb”.

Bəyanatda xatırladılır ki, 2011-ci ildə bu partiya Xocalı qırğınının erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktı kimi tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsi barədə qətnamə qəbul olunması təşəbbüsü ilə çıxış edib.

Sənəddə deyilir: “Erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmadan və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan sülh yaradıla bilməz”.

 

DİGƏR Xəbərlər Arxiv