YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Toğrul Turkeş: Türkiyə bundan sonra da bütün məsələlərdə Azərbaycanın yanında olacaq

XIX Avrasiya İqtisadi Zirvə Toplantısında çıxış edən Türkiyə Baş nazirinin müavini Toğrul Turkeş son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində təcavüzkar tərəfin atəşkəsi intensiv pozması səbəbindən genişlənmiş münaqişədə şəhid olan Azərbaycan hərbçilərinə və mülki insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Türkiyə bundan sonra da beynəlxalq səviyyədə bütün məsələlərdə, o cümlədən Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın yanında olacaq.

Qeyd edək ki, XIX Avrasiya İqtisadi Zirvə Toplantısı İstanbulda Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilir.