YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı hərbi şərhçi: Ermənistan məğlub olmağa məhkumdur

"Dağlıq Qarabağda hərbi vəziyyət qeyri-stabildir, Ermənistan məğlub olmaq üzərdir. Ona görə ki, Ermənistan ordusu texnoloji cəhətdən Azərbaycan ordusundan çox geridə qalır. Azərbaycan ordusu texnoloji cəhətdən müharibəyə daha yaxşı hazırlaşıb. Ordunun sərəncamında təkcə Rusiyadan alınan yox, həm də İsraildən alınan müasir texnikalar var. İsraildən alınan pilotsuz uçuş aparatları ilə Azərbaycan Ermənistan ordusunun içinə belə daxil ola bilir və dəqiq zərbə ilə istədiyi hədəfi məhv edir. Bunu son 3 gündə münaqişə zonasında baş verənlər bir daha sübut etdi. Ona görə də, hazırki vəziyyətdə Ermənistan üçün hücum müharibəsi qəbul edilməzidr. Bu müharibədə Ermənistan məğlub olmağa məhkumdur. Texnoloji qeyri-bərabərlik bunun əsas səbəblərindən biridir".  Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı tanınmış jurnalist, "Novoya qazeta" nın hərbi şərhçisi Pavel Felgenqauer bildirib.

Onun sözlərinə görə, Ermənistan müharibəyə hazır deyil: “Ya da ki, Yerevan Rusiyadan pilotsuz uçuş aparatları almalıdır, ordusunu daha müasir texnika ilə təmin etməlidir. Hazırki şərtlərlə Ermənistan müharibəyə davam etsə, yəni, münaqişənin eskalasiyası daha da güclənsə, bu Ermənistanın tam məğlubiyyəti ilə nəticələnəcək”.

P. Felgenqauer Rusiyanın Dağlıq Qarabağdakı hərbi qarşıdurmanı necə dəyərləndirdiyini də şərh edib. Onun fikrincə, rəsmi Moskva hələlik bu barədə nə edəcəyini bilmir: “ Rusiya hələ münaqişə zonasında vəziyyətin nə dərəcədə ağırlaşmasını dəqiqləşdirməyib. Moskva məsələyə yalnız siyasi anlamda qarışa bilər. Tərəfləri münaqişəni dayandırmağa, danışqlar masasına əyləşməyə məcbur edə bilər. İndiki vəziyyətdə Ermənistana hərbi dəstək verməyi Rusiya istəməz. Çünki bu, Rusiyanın strateji maraqlarına uyğun deyil. Rusiyanın strateji maraqları Cənubi Qafqazda bütün ölkələrlə yaxşı münasibət qurmaqdır. Azərbaycanla münasibətləri korlamaq Moskvanın strateji maraqlarına cavab vermir. Ona görə də Moskva çalışacaq ki, atəşkəs əldə olunsun”.

Hərbi jurnalist bildirib ki, Azərbaycanın Ermənistandan hərbi üstünlüyü göz qabağındadır.