YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına xüsusi diqqət və qayğı göstərilir

«Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu mənada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, iyunun 20-də Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında»
Sərəncam bu faktı bir daha təsdiqləyir. Onun sözlərinə görə, ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır.

«Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı Sərəncam bu siyasətin davamlı olduğunun növbəti göstəricisidir. Bu, o deməkdir ki, ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasət davamlı xarakter daşıyır. Azərbaycanda hər il sosial müdafiə məqsədilə dövlət büdcəsindən ayrılan vəsait büdcənin təxminən 30 faizini təşkil edir»- deyə, komitə sədri vurğulayıb.