YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Qərarlar yalnız milli mənafeyin qorunması, humanizm, demokratik amillər asasında qəbul edilir

«Dövlət başçısının  imzaladığı növbəti əfv sərəncamı Azərbaycanda demokratik inkişafı, hökumətin demokratik dəyərlərə, insan haqlarına hörmətlə yanaşmasını göstərir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, ölkə Prezidentinin  imzaladığı əfv sərəncamı və məhkəmənin qərarı ilə hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılması müxtəlif beynəlxalq təşkilatlar tərəfindən alqışlanır. Onun sözlərinə görə, ancaq bir sıra digər məsələlər var ki, onlar da eyni şəkildə beynəlxalq qurumların diqqətində olmalıdır.

«Bu, beynəlxalq təşkilatların Azərbaycanda gedən proseslərə diqqətlə yanaşmasının göstəricisidir. Ancaq bir şəxsin hüququ bütün beynəlxalq təşkilatların diqqət mərkəzində olduğu halda, 1 milyon qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması onların maraqlarını cəlb etmir. Bu isə ilk növbədə beynəlxalq təşkilatların problemlərə selektiv yanaşmasını, ikili standartlar tətbiq etmələri və müəyyən məsələlərdən təzyiq mexanizmi kimi istifadə etmələrini göstərir. Lakin bütün bunlara baxmayaraq, dövlətimizin başçısı həmişə olduğu kimi, bu dəfə də göstərdi ki, qərarlar təzyiq əsasında deyil, yalnız milli mənafeyin qorunması, humanizm, demokratik amillər asasında qəbul edilir»- deyə, S.Fətəliyeva qeyd edib.