YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Sammit Ermənistanın regionun təhlükəsizliyini təhdid edən siyasətinin ifşa olunması baxımından əhəmiyyətlidir

«Azərbaycanın ABŞ-da keçiriləcək nüvə təhlükəsizliyi sammitinə dəvət olunması çox önəmli hadisədir». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, nüvə təhlükəsizliyi məsələsi dünyanı narahat edən qlobal problemlərdən biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu sammitə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.

«Həqiqətən də, nüvə təhlükəsizliyi dünya ictimaiyyəti üçün çox aktual bir mövzudur. Çünki bununla əlaqədar təhdidlər var. Bu təhdidi regionumuzda da hiss edirik. Ermənistanın istismar müddəti bitmiş «Metsamor» AES-i bütün regionu təhdid altında saxlayır. Eyni zamanda, Ermənistan bu AES-in tullantılarını işğal etdiyi Azərbaycan torpaqlarında, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının ərazisində basdırır. Bu, həmin ərazilərin ekologiyası üçün ciddi problemdir. Ona görə də, nüvə təhlükəsizliyi sammiti bu problemlərin qaldırılması, Ermənistanın regionun təhlükəsizliyini təhdid edən siyasətinin ifşa olunması baxımından əhəmiyyətlidir»-deyə, E.Nəsirov qeyd edib.