YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvan-Məşhəd qatarı istifadəyə veriləcək

Yaxın gələcəkdə Naxçıvan-Məşhəd qatarı istifadəyə veriləcək.

Bu sözləri İranın Dəmir Yolları İdarəsinin rəsmisi Abbas Hacı Fəthəli yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, bu məsələni fevralda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Naxçıvanda keçirdiyi görüşdə müzakirə edib və razılıq əldə olunub.

Qeyd etmək lazımdır ki, Naxçıvan-Məşhəd qatarının istifadəyə verilməsi üçün zəruri infrastruktur mövcuddur. Hələ SSRİ dövründə Moskva-Tehran qatarı Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan İran ərazisinə keçərək Təbrizə, oradan isə Tehrana doğru hərəkət edirdi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində həmin infrastrukturdan istifadə etməklə Naxçıvan-Təbriz marşrutu ilə qatar istifadəyə verilmiş, insanların gediş-gəlişi intensivləşmiş, ticarət əlaqələri isə genişlənmişdi. Sonralar rentabelli olmadığı üçün Naxçıvan-Təbriz marşrutu fəaliyyətini dayandırdı.

Bu gün Naxçıvanın iqtisadi inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması Naxçıvan-Məşhəd qatar marşrutunun istifadəyə verilməsi üçün imkan yaradıb.