YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Neftin qiymətinin düşməsinə baxmayaraq, “Cənub Qaz Dəhlizi” vaxtında icra olunacaq

“Cənub Qaz Dəhlizi” layihəsi məhz Azərbaycanın malik olduğu böyük qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılması üçün vacib idi. Belə ki, Azərbaycanın 2,5 trilyon kubmetr qaz ehtiyatı var və bu ehtiyatlar 100 il müddətinə qaza olan ehtiyacın ödənməsinə kifayət edəcək. Bu fikirləri energetika naziri Natiq Əliyev deyib.

N.Əliyev bildirib ki, Azərbaycanın müəllifi olduğu “Cənub Qaz Dəhlizi nəhəng layihədir. Onun sözlərinə görə, bu layihə ilə bağlı indiyə qədər Xəzər regionunda istifadə olunmayan texnologiyalardan istifadə ediləcək.

«“Cənub Qaz Dəhlizi”nin işə düşməsi “Şahdəniz” yatağında qaz hasilatının artmasına təkan verməklə yanaşı, gələcəkdə Türkmənistan, İran və İraq qazının da Avropaya çatdırılmasında mühüm rol oynayacaq. SOCAR-ın “Cənub Qaz Dəhlizi”nin tərkibinə daxil olan TANAP, TAP və digər layihələrdə öz payını maliyyələşdirməsi ilə bağlı heç bir problem yoxdur. Bununla yanaşı, bütün beynəlxalq maliyyə institutları da “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində maraqlıdırlar. Neftin qiymətinin düşməsinə baxmayaraq, “Cənub Qaz Dəhlizi” vaxtında icra olunacaq və Azərbaycan qazı 2019-cu ildə Avropaya nəql olunacaq»- deyə, nazir vurğulayıb.