YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Doing Business 2017” hesabatının metodologiyasında bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır

“Doing Business 2017” hesabatının metodologiyasında bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.

Qeyd edilib ki, ötən ilin oktyabrında açıqlanan “Doing Business 2016” hesabatında Azərbaycan dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. Ötənilki hesabatla müqayisədə ölkəmizin mövqeyi bir çox göstəricilər üzrə yaxşılaşıb. “Doing Business 2016” hesabatında ölkəmizin ötən illə müqayisədə mövqeyi 17 pillə yaxşılaşaraq 189 ölkə arasında 80-ci yerdən 63-cü yerədək yüksəlib.